Bugünlərdə Azərbaycan “Beşiktaş”lılar Dərnəyi tərəfindən təşkil olunan turnirin açılışı üçün Bakıda olan “Beşiktaş”ın prezidenti Fikrət Orman ölkəmizdə böyük işlər görəcək.

Futbolinfo.az xəbər verir ki, o, “1903 Qara Qartallar“ Dərnəyinin prezidenti Cengiz Sarıkaya ilə birlikdə ölkəmizdə yaşayan “Beşiktaş” azarkeşləri ilə də görüşüb.

Bakıda “Qartal Yuvası” mağazasını açmağı qərara alan Orman bura bir neçə müğənni və komandanın futbolçularının gələcəyini vurğulayıb.

O, eyni zamanda “Beşiktaş”ın sentyabrda Azərbaycana gələcəyini və “Qarabağ“la yoldaşlıq görüşü keçirəcəklərini əlavə edib: “Bu il Azərbaycanın 100-cü ildönümüdü. Sentyabrda “Beşiktaş” olaraq Bakıya gələcək və burda yoxlama görüşü keçirəcəyik. Bəlkə həmin vaxt Kriştianu Ronaldonu da bura gətirdik”.

İstanbul nəhənginin başqanı Bakıda olan zaman Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşüb. Söhbət zamanı iki qardaş ölkə futbolunun hazırkı vəziyyəti və qarşılıqlı əlaqələrin yaradılması barədə fikir mübadiləsi aparıb. (Sportinfo)

- Futbolinfo.az
- Futbolinfo.az
- Futbolinfo.az
- Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp