İngiltərənin “Çelsi” klubu futbolçusu Sezar Aspilikuetanın müqaviləsinin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, “zadəganlar” 29 yaşlı futbolçu ilə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

2012-ci ildə “Marsel”dən transfer edilən ispan futbolçu cari mövsümdə “Çelsi” formasıyla 18 qarşılaşmada iştirak edib və 3 məhsuldar ötürməylə yadda qalıb.

Aspilikueta 25 dəfə də İspaniya millisinin formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp