Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Tottenhem” səfərdə “Leyptsiq”ə 0:3 hesabı ilə məğlub olub.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, oyun londonluların baş məşqçisi Joze Mourinyo üçün anti-rekordlarla yadda qalıb.

İki oyunun nəticəsinə görə 0:4 hesabı ilə məğlub olan portuqaliyalı mütəxəssis, karyerasının ən böyükhesablı məğlubiyyətini yaşayıb. Eyni zamanda, bu, Mourinyonun 2013-cü ildən bəri ən böyük məğlubiyyəti olub. Həmin vaxt mütəxəssis, “Real”ın “sükanı arxasında” “Borussiya”ya (Dortmund) 1:4 hesabı ilə məğlub olmuşdu.

Bundan başqa, Mourinyo karyerasında ilk dəfə ardıcıl üç Çempionlar Liqası oyununda məğlubiyyətlə üzləşib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp