“Keşlə” sabiq yarımmüdafiəçisi Sadio Tounkaranı geri qaytarıb.
Futbolinfo.az xəbər verir ki, komandaya azad agent kimi cəlb olunan malili yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
29 yaşlı vinger bu gün “Keşlə-2”nin heyətində “Sabah-2″yə qarşı Birinci Divizionun 2-ci tur matçında meydana çıxacaq.
Qeyd edək ki, “Keşlə” ötən mövsümün sonunda Sadio Tounkara ilə yollarını ayırmışdı. Afrikalı futbolçu Azərbaycanda daha əvvəl “Xəzər Lənkəran”, “Turan Tovuz” və “Zirə”nin də formasını geyinib.