Futbol üzrə İspaniya La Liqasında 8-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Elçe” “Selta”nı, “Vilyarreal” isə “Betis”i məğlub yola salıb.

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Real Sosyedad” “Xetafe” ilə qarşılaşıb və xal itkisi ilə üzləşib.

Lider “Real” bu turda Kataloniya təmsilçisi “Espanyol”un qonağı olub. Madrid təmsilçisi bu oyunda məğlub olmaqla cari mövsümdə ilk dəfə meydanı xalsız tərk edib. “Sevilya” isə səfərdə “Qranada”ya uduzub.

İspaniya La Liqası
8-ci tur
1 oktyabr

Atletik – Alaves 1:0
Qol: R.Qarsiya, 44.

2 oktyabr

Osasuna – Rayo Valyekano 1:0
Qol: M.Sançes, 90+1.

Malyorka – Levante 1:0
Qol: Baba, 74.

Kadis – Valensiya 0:0

Atletiko – Barselona 2:0
Qol: Lemar, 23. L.Suares, 44.

3 oktyabr

Elçe – Selta 1:0
Qol: Benedetto, 49.

Espanyol – Real 2:1
Qol: De Tomas, 17. Vidal, 60 – Benzema, 71.

Vilyarreal – Betis 2:0
Qol: Danjuma, 45+1; 69.

Xetafe – Real Sosyedad 1:1
Qol: Ramires, 40 – Oyarzabal, 68.

Qranada – Sevilya 1:0
Qol: Roşina, 25.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp