Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

MOİK – “Qarabağ-2” oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Zaqatala” – “Qaradağ Lökbatan” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Sabah-2” – “Qəbələ-2” oyununda “Sabah”ın futbolçusu İldar Ələkbərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 320 manat cərimə olunub. “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Turan Tovuz” – “Neftçi-2” oyununda “Neftçi”nin futbolçusu Nicat Musayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Səbail-2” – “Kəpəz” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp