Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu mərhələnin ilk oyunu Qəbələdə baş tutub.

Burada “Qəbələ” ilə “Qarabağ” komandaları qarşılaşıb. Premyer Liqada rəqibləri üçün əlçatmaz olan “köhlən atlar” kubokda da əsas favorit sayılır. Elə bu görüşdə də sevinən tərəf Ağdam təmsilçisi olub.

Çempionatda avrokuboklara vəsiqə uğrunda mübarizəsini davam etdirən “Zirə”ylə “Neftçi” ölkə kubokunun finalına çıxmaq uğrunda qarşı-qarşıya gəlib. Bu görüşdə qapılara qol vurulmayıb.

Yarımfinalın cavab oyunları aprelin 29-da keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinalın ilk oyunları

20 aprel

Qəbələ – Qarabağ 1:3
Qol: A.Məmmədov, 5 – İ.İbrahimli, 16. İ.Vadji, 87. K.Borges, 90+3-pen.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Qəbələ şəhər stadionu, 17:30.

Qəbələ: 1. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 77. Emil Səfərov.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 19. Rövlan Muradov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 12. Rüfət Əhmədov, 2. Samet Karakoç, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 20. Kadi Borges, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 25. İbrahima Vadji, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Zirə – Neftçi 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 20:00.

Zirə: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 47. Məhəmməd Hamdaui, 9. Loris Broqno, 92. Brayan Alseus, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.

Neftçi: 1. İvan Brkiç, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 3. Mamadu Mbodj, 24. Yusuf Laval, 91. Ramon Maçado, 7. Azər Əliyev, 77. Gilyerme Pato, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 10. Sezar Meza Kolli, 9. Tyaqo Bezerra, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov.
Baş məşqçi: Samir Abasov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp