Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.

Futbolinfo.az saytının məlumatına görə, dünən baş tutan ilk oyunlardan sonra UEFA reytinqində dəyişikliklər olub. Ancaq Azərbaycanın xal ehtiyatında yenlik yoxdur. Çünki “Qarabağ” Çempionlar Liqası çərçivəsində evdə Bolqarıstan klubu “Ludoqorets”ə (1:2) məğlub olub. Azərbaycan son 5 ildə topladığı 18,375 əmsalla 23-cü pillədə qərarlaşıb.

Dünənki matçların ardından Çexiya, İsrail və Ermənistan irəliləyib, əvəzində Türkiyə, Norveç, Farer adaları, Latviya və Finlandiya geriləyib.

Reytinqə 89,160 əmsala malik İngiltərə başçılıq edir.

Shares: