“Neftçi”nin yayda heyətinə cəlb edəcəyi ilk oyunçu bəlli olub.

Futbolinfo.az xəbər verir ki, paytax təmsilçisi monteneqrolu yarımmüdafiəçisi Edvin Kuçla razılıq əldə edib.

“Ballkani”nin (Kosovo) futbolçusunun mövsümün sonunda klubu ilə müqaviləsi başa çatacaq və o, “Neftçi”yə azad agent kimi keçəcək.

30 yaşlı futbolçu bu barədə “KosovoPress”ə açıqlamasında bildirib: “Neftçi” mənimlə hələ yanvarda maraqlanmışdı. Həmin vaxt oyunçu çatışmazlığımız olduğuna görə qərara gəldik ki, yaya qədər gözləyək. Artıq klubla müqaviləm başa çatıb. Mən azad agent kimi “Neftçi”yə keçirəm”.

Edvin Kuç bu mövsüm “Ballkani”də 49 oyuna 7 qol vurub. Monteneqrolu futbolçu “Deçiç”, “Usti nad Labem”, “Mladost”, “Rudar”, “Gilani” klublarında da oynayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp