Azərbaycan millisi sabah Macarıstanda yoldaşlıq görüşünə çıxacaq. Yığmamız təlim-məşq toplanışı çərçivəsində Sombatxey şəhərində yerləşən “Haladas” stadionunda Albaniya seçməsi ilə qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, bu, millimizin Avropa çempionatının final mərhələsinə hazırlaşan albanlarla 6-cı dueli olacaq. Komandalar arasında ilk görüş 2000-ci ilə təsadüf edib. Ta`Qalidə təşkil olunan beynəlxalq turnirdə meydan sahibləri 1:0 hesablı qələbə qazanmışdılar.

Ondan sonrakı 4 qarşılaşmanın hamısı yoxlama görüşü xarakterli olub. Bunun 3-ü Tiranada, 1-i isə Bakıda reallaşıb.

Albaniya və Azərbaycan milliləri arasında keçirilən oyunlar:

8 fevral 2000-ci il. Ta`Qali. Albaniya – Azərbaycan 1:0

27 mart 2002. Tirana. Albaniya – Azərbaycan 1:0

17 avqust 2005. Tirana. Albaniya – Azərbaycan 2:1

19 noyabr 2008. Bakı. Azərbaycan – Albaniya 1:1

11 noyabr 2011. Tirana. Albaniya – Azərbaycan 0:1

7 iyun 2024. Sombatxey.

Albaniya – Azərbaycan Qeyd edək ki, Albaniya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp