Ceyms Trafford Çempionşipdə oynamayacaq. “Bernli”nin ötən yay “Mançester Siti”dən 17,3 milyon avroya transfer etdiyi gənc qapıçı yenə klubunu dəyişir.

Futbolinfo.az xəbər verir ki, İngiltərə millisinin gənc üzvü “Nyukasl”ın hədəfindədir. “Sağsağanlar” qolkiperin özü ilə şəxsi müqaviləni razılaşdırıb, növbədə klubu ilə məsələni bitirməkdir. “Bernli”yə 20 milyon avroluq rəsmi təklif göndəriləcək.

“Bernli” 2027-ci ilədək müqaviləsi olan Traffordu daha baha qiymətə satmağa çalışır. Lakin hazırda ən real müştəri məhz “Nyukasl”dır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp