Novak Cokoviçin sağ dizində artroskopik əməliyyat keçirən cərrah Antuan Geromette pasientinin “Uimbldon”a qədər tam sağalacağına əmin deyil.

Xatırladaq ki, İngiltərədə mövsümün 3-cü “Böyük dəbilqə” turniri iyulun 1-də başlayacaq.

“Yalnız yükü tədricən artırmaqla şişkinlik və ağrının görünüb-görünməyəcəyini anlayacağıq. Hər gün irəliləyiş olacaq, ancaq bir həftə, iki həftə və ya ondan sonra Novakın özünü necə hiss edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Onun üç həftəyə tam sağalacağı ehtimalı azdır.

Şübhəsiz ki, Cokoviç mümkün qədər tez sağalmaq üçün əlindən gələn hər şeyi edəcək. Lakin prosesi biz izləyəcəyik və yekun qərarı verəcəyik”, – deyə Geromette bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp