“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş Almaniyada keçiriləcək Avropa çempionatı üçün İngiltərə yığmasının iştirak ərizəsindən kənarda qaldıqdan sonra Dubaya tətilə yollanıb (The Sun).
Ondan başqa yarımmüdafiəçi Ceyms Meddison və müdafiəçi Harri Maquayr da yekun heyətə daxil edilməyib.
Xatırladaq ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək. İngiltərə millisi Danimarka, Sloveniya və Serbiya ilə birlikdə C qrupunda mübarizə aparacaq.
Qriliş ötən mövsüm 36 matçda iştirak edib, bu oyunlarda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.