Üçqat Formula 1 çempionu, “Red Bull” pilotu Maks Ferstappen çempionat tarixinin ən yaxşı sürücüləri ilə bağlı sualı cavablandırıb.

“Bilirsiniz, nə desəm də, çoxları razılaşmayacaq. Mən Mixael Şumaxeri seçərdim, Ayrton Senna, Fernando Alonso, Lyuis Həmilton və Xuan Manuel Fanxionu da ilk beşliyə salardım. Köhnə məktəb”, – deyə DAZN kanalına müsahibəsində Ferstappen fikirlərini bildirib.

Qeyd edək ki, Verstappen bu ilin çempionatında Formula 1 sürücülərinin sıralamasına başçılıq edir. Niderlandlı pilotun aktivində 194 xal var. İkinci yerdə 138 xalla “Ferrari” sürücüsü Şarl Lekler qərarlaşıb. İlk üçlüyü “McLaren”i təmsil edən Lando Norris tamamlayır (131).

Shares: