Abu Dosso ilə “Sumqayıt” Futbol Klubu arasında imzalanmış müqavilənin müddəti başa çatıb.

Futbolinfo.az xəbər verir ki, Kot d’İvuardan olan futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Abu Dosso ötən mövsümün əvvəlindən komandanın uğurları üçün çalışırdı. Bu müddət ərzində 29-u Premyer Liqa və 3-ü kubok matçında olmaqla ümumilikdə 32 oyunda meydanda olub. 28 yaşlı cinah oyunçusu bu qarşılaşmalarda 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp