“Qarabağ” sabiq futbolçusu Kadi Borgesin transferi üçün Rusiyanın “Krasnodar” klubuna təklif göndərib.

Futbolinfo.az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin agenti Helsio Alisk “RB Sport”a açıqlama verib.

O, Azərbaycan çempionunun oyunçu üçün təklif göndərdiyini təsdiqləyib: “Qarabağ” həqiqətən Kadi üçün təklif göndərib. Amma bundan artıq heç nə deyə bilmərəm. Biz “Krasnodar”ın qərarını gözləyirik”.


Borges 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, son mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp