Ukrayna “Şaxtyor”unun yarımmüdafiəçisi Aleksey Kaşuk “Qarabağ”la müqavilə imzalayacağı ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.
Futbolinfo.az “TaToTake” portalına istinadən xəbər verir ki, ukraynalı futbolçu Ağdam klubundan təklif almadığını deyib:
“Görürəm ki, bizim media bu xəbəri yekdilliklə qəbul edib və paylaşırlar. Amma internetdə yazılanların hamısına inanmaq lazım deyil. Təbii ki, “Qarabağ”la müqavilə bağlamamışam və bunu etmək niyyətində deyiləm. Hazırda Kiyevdə fərdi proqram üzrə mövsümə hazırlaşıram və eyni zamanda klublardan gələn təklifləri nəzərdən keçirirəm”.
Kaşuk 2022/2023 mövsümündə “Sabah”da icarə əsasında oynayıb. 24 yaşlı futbolçunun “Şaxtyor”la müqavilə müddəti bu gün başa çatacaq.