“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 1-ci liqa təmsilçisi “Bandırmaspor”a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi bu ilin iyununda komandadan ayrılıb. Fransalı futbolçu Ağdam klubunda 33 matçda 7 qol vurub.

Shares: