MBA-da bu gecə müntəzəm çempionatın cəmi 2 oyunu baş tutub.
Vacib qarşılaşmalardan birində “Sakramento Kinqs” səfərdə “Detroyt Pistons”u məğlub edib – 127:117. Bu qələbədə önəmli rolu Lavin və Derozanın məhsuldarlığı oynayıb. Onlar birlikdə 80 xal qazanıblar. Amma əsas qəhrəman kimi Domantas Sabonisi də qeyd etmək olar. Litvalı basketbolçu görüşü tripl-dablla tamamlayıb. Meydan sahiblərində Kaningem 35 xal yığıb.
Digər oyunda “Mayami Hit” evdə “Filadelfiya Siksers”ə qalib gəlib – 117:105. Bu oyunda ən çox xalı qonaqların basketbolçusu Qreyms qazanıb. Onun aktivində 29 xal var.






