“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Ukrayna millisini çalışdırmayacaq.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Ukrayna Futbol Assosiasiyasının siyahısında deyil.

Yerli qurum hətta yeni baş məşqçini də müəyyənləşdirib. UAF hazırkı çalışdırıcı Sergey Rebrovla tezliklə yollarını ayıracaq. Onu əvəzləməyə ən real namizəd isə Miron Markeviçdir. Ukraynada bir çox kluba rəhbərlik etmiş 75 yaşlı çalışdırıcı hətta 2010-cu ildə qısa müddət yığmanın da “sükanı arxasında” olub.

Qeyd edək ki, Sergey Rebrovun Ukrayna Futbol Assosiasiyası ilə müqavilə  müddəti bu ilin iyununa qədərdir.

Shares: