24 yaşlı Vayşali Rameşbabu Kiprdə keçirilən qadınlar arasında “İddiaçılar Turniri”nin qalibi olub. Yarışın 14-cü və son turunda hindistanlı şahmatçı rusiyalı Yekaterina Laqnonu məğlub edib.
Bu qələbə ilə Rameşbabu 8,5 xal toplayaraq turnir cədvəlində qazaxıstanlı Bibisara Assaubayevanı geridə qoyub. Assaubayeva son turda hindistanlı Divya Deşmuxla heç-heçə edib və turniri 8 xalla başa vurub.
Xatırladaq ki, turnirə martın 28-də start verilmişdi. Qalib idmançı dünya şahmat tacı uğrunda matçda son çempion, çinli Ju Venjun ilə qarşılaşacaq.






