Madriddə keçirilən “Masters” turniri futbolçuların da maraq dairəsindədir.

Dünən baş tutan Yannik Sinner – Rafael Xodar oyununu “Real”ın futbolçuları tribunadan izləyiblər. Onlar arasında Bellingem, Mastantuano və Kurtua olub.

Oyun Sinnerin qələbəsi ilə başa çatıb. Qarşılaşmadan sonra Sinner Kurtua ilə şəkil də çəkdirib.

Xatırladaq ki, “Real”ın futbolçularını demək olar ki, hər gün tribunada görmək olur. Kurtua və Bellingemdən başqa 2 gün əvvəl Vinisius Junior da tennisə baxmağa gəmişdi. Həmin vaxt Bellingemin kiçik qardaşı da oyunu izləyənlər arasında idi.

d9a7adaf 1722 4aa1 9c93 555c242d709b - Futbolinfo.az
Shares: