2002-ci ildən bəri ilk dəfə olaraq snuker üzrə dünya çempionatının finalında 35 freymin hamısı oynanılıb.

Şeffilddə keçirilən Dünya Çempionatının finalında çinli Vu Yize və ingiltərəli Şon Merfi arasındakı matç çinli oyunçunun 18-17 hesablı qələbəsi ilə başa çatıb.

Turnir tarixində yalnız üç final 35 freymə qədər davam edib: 1985 (Dennis Teylor və Stiv Devis), 1994 (Stiven Hendri və Cimmi Vayt) və 2002 (Peter Ebdon və Stiven Hendri).

Shares: