Azərbaycan Basketbol Liqasının qalibi bu gün bəlli ola bilər.

Futbolinfo.az xəbər verir ki, turnirin final seriyasının üçüncü oyununda “Sabah” “Abşeron Lions”la üz-üzə gələcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

“Sabah” qələbə qazanacağı təqdirdə ölkə çempionu adına sahib çıxacaq. Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub edib – 98:93, 112:84.

Xatırladaq ki, reqlamentə əsasən, final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Shares: