“Brayton” və Fabian Hürzeler müqavilənin müddətini uzadıblar.

Klub 33 yaşlı baş məşqçi ilə yeni müqavilə imzalayıb.

Alman məşqçinin hazırkı müqaviləsi gələn ilin iyun ayına qədərdir.

“Brayton” hazırda Premyer-Liqada 35 oyundan sonra 50 xalla 8-ci yerdədir.

Hürzeler komandanı 2024-cü ilin iyul ayından çalışdırmağa başlayıb. Onun rəhbərliyi altında komanda 85 oyun keçirib, onların 37-də qələbə qazanıb, 24-də heç-heçə edib və 24-də məğlubiyyətlə üzləşib.

Shares: