“Neftçi”nin sabiq futbolçusu Yuri Matias yaxın şərqdəki hərbi gərginliyə baxmayaraq, Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) tərk etməyəcək.
Futbolinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi “Ajman” klubundakı çıxışını davam etdirəcəyini açıqlayıb. Azərbaycan da daxil olmaqla, adı son vaxtlar bir neçə ölkə klubları ilə hallanan Matias, əksinə, “Ajman”la yeni müqavilə imzalamağa hazırlaşır.
Danışıqlarda yeganə problem sözləşmənin müddəti ilə bağlıdır. Rəhbərlik yayda başa çatacaq sözləşməni 1, braziliyalı oyunçu isə 2 illik uzatmaq niyyətindədir. 31 yaşlı müdafiəçi özü menecerinin bu işlə məşğul olduğunu və anlaşmaya yaxınlaşdıqlarını açıqlayıb.
Qeyd edək ki, Yuri Matias BƏƏ-nin Pro Liqasında bu mövsüm 19 oyun keçirib. O, 2023-2025-ci illərdə ölkəmizdə “Neftçi”nin formasını geyinib.






