“Sabah”ın kapitanı Stas Pokatilovun Qazaxıstan millisinin qarşıdakı təlim-məşq toplanışı və yoldaşlıq oyunları üçün geniş heyətinə çağırılmaması ölkəsində birmənalı qarşılanmayıb.
Futbolinfo.az xəbər verir ki, bununla bağlı araşdırma aparan yerli KİV onu yğmaya dəvət edilən qolkiperlərlə müqayisə edib.
Ümumi rəy Pokatilovun millidə yer almağa layiq olduğu yönündədir. Qazaxıstanlıların fikrincə, 33 yaşlı qolkiper karyerasının ən uğurlu dönəmini yaşayır: “Pokatilov qazaxıstanlı futbolçuların nadir hallarda ziyarət etdiyi Azərbaycan çempionatında “qızıl dubl” etdi. O, Qazaxıstan Premyer Liqasından daha rəqabətli liqanın ən güclü klubunun kapitanı və lideridir. Qazandığı titullar onu bu mövsüm xaricdə oynayan ən uğurlu qazaxıstanlıya çevirir. Dəvət edilən qapıçılara baxdıqda demək olar ki, Stas bu heyətdə yer almağa layiq idi”.
Qeyd edək ki, Qazaxıstan yığması iyunun 6-da Ermənistan, 9-da isə Macarıstanla səfərdə yoldaşlıq oyunu keçirəcək.






