“Turan Tovuz”un yarımmüdafiəçisi Filip Ozobiçin futbolinfo.az saytına müsahibəsi

– Tovuz klubu 32 il sonra avrokuboklara vəsiqə qazandı. Burda əsas pay sahiblərindənsən. Özünü necə hiss edirsən?

– Hisslərim əlbəttə ki, xoş yöndədir. Bilirəm ki, “Turan Tovuz” uzun müddət idi ki, avrokuboklara həsrət qalmışdı. Amma bu mövsüm hər şey dəyişdi. Biz artıq qitəmiqayslı turnirdə iştirak edəcəyik.

– Ümumiyyətlə, azarkeşlərin isti münasibətin, təşəkkürün görürdün?

– Əlbəttə ki, azarkeşlər buna çox sevinirlər. Qazandığımız nəticə həm onları, həm də bizi xoşbəxt edir.

– Uzun illərdir Azərbaycandasan. Bu mövsüm digərlərindən daha gərgin oldu?

– Bütün mövsümlər çətindir və hər mövsüm fərqlidir. Bu mövsüm də əlbəttə ki, çətin və gərgin keçdi. Düşünürəm ki, maraqlı çempionat izlədik.

– “Sabah”ın çempionluğu sənin üçün gözlənilməz deyildi?

– Mövsümün əvvəlində hamı “Qarabağ”ın çempion olacağını düşünürdü, amma “Sabah” bu il çox yaxşı oynadı və çempion olmağa layiq idilər.

– Sabiq komandan “Qarabağ” ÇL-də uğurlu çıxış etsə də, çempionluğu əldən verdi. Səncə, ÇL-in Premyer Liqaya təsiri oldu?

– Onların Çempionlar Liqasında çox çətin oyunları oldu. Böyük klublara qarşı matçlar keçirdilər. Həm də nəticə qazandılar. Bundan sonra Azərbaycan Premyer Liqasında oynamaq asan deyildi. Bu da özünü göstərdi.

– Konfrans Liqasında komandanızın hədəfi liqa mərhələsi olacaq?

– Avrokubokların təsnifat mərhələsində oynayan bütün komandalar qrup mərhələsinə düşmək istəyir. “Turan Tovuz”un da hədəfi bu olacaq. Əlbəttə ki, liqa mərhələsində oynamaq üçün çalşacağıq.

– “Turan Tovuz”da qalacaqsan, yoxsa getmək istəyirsən? Başqa dəvət var?

– Hələ heç nə bilmirəm. Mövsüm bitdikdən sonra hər şeyə baxacağam.

ABBAS

Shares: