İngiltərədə gözlənilən hadisə baş verib. “Sauthempton” komandası Premyer-Liqaya çıxmaq uğrunda keçiriləcək final oyunundan xaric edilib.
Onun yerinə “Midlsbro” komandası oynayacaq. Qeyd edək ki, finalın digər iştirakçısı Acun İlicalının sahibi olduğu “Hall Siti” komandasıdır. Görüş bu şənbə Londonda keçiriləcək.
“Sauthempton” İngiltərə Futbol Liqasının klubu finaldan kənarlaşdırmaq qərarına etiraz etmək niyyətindədir.
Xatırladaq ki, kənarlaşdırmanın səbəbi “Sauthempton” komandasının analitikinin pley-off görüşündən əvvəl “Midlsbro”nun məşqini qeydə alarkən və taktikasını çəkərkən yaxalanmışdı. “Sauthempton” finala çıxmaq üçün “Midlsbro”nu (0-0, 2-1) iki oyunun nəticəsinə görə məğlub etmişdi. “Müqəddəslər” həmçinin bu və digər iki casusluq hadisəsinə görə növbəti mövsüm üçün 4 xaldan məhrum ediliblər.
Hempşir klubu hələlik appelyasiya ilə bağlı heç bir rəsmi açıqlama verməyib. Bundan başqa yayılan digər məlumatlara görə, futbolçuların özləri də “Sauthempton”dan bu hərəkətə görə əlavə təzminat istəyirlər.






