Bu gün UEFA Avropa Liqasında 2025-2026 mövsümünün qalibi məlum olacaq. Həlledici görüşdə “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gələcək.

İstanbuldakı “Beşiktaş Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu turnirin 55-ci finalı “Frayburq”un tarixində ilk olacaq. “Aston Villa” isə uzun fasilədən sonra (1982-ci il) UEFA turnirlərində həlledici oyun həyəcanı yaşayacaq. İngilislər 1981/82 mövsümündə Avropa Çempionlar Kubokunu (indiki Çempionlar Liqası) və UEFA Superkubokunu qazanıb.

Finalın qalibi yalnız UEFA Avropa Liqasının kubokuna sahib çıxmayacaq, həm də 2026/2027 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

Matçı Fransadan olan referi Fransua Leteksye idarə edəcək.

Avropa Liqası

Final

23:00 “Frayburq” (Almaniya) – “Aston Villa” (İngiltərə)

İstanbul. “Beşiktaş Park”

Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin “Tottenhem” klubu olub.

Shares: