“Çelsi”nin hücumçusu Joao Pedro Braziliyanın Dünya Çempionatı üçün yekun heyətinə daxil edilməməsinə münasibət bildirib. 24 yaşlı oyunçu bununla bağlı sosial mediada açıqlama yayıb.

“Həmişə əlimdən gələni etməyə çalışmışam. Təəssüf ki, millimizin heyətində mundialda oynamaq arzusunu gerçəkləşdirə bilmədim, amma həmişə olduğu kimi sakit və diqqətli qalıram. Sevinc və məyusluq futbolun bir hissəsidir. Bundan sonra milli komandadakı hər kəsə uğurlar arzulayıram və onların altıncı titulunu vətənə gətirmələrini dəstəkləyən sadəcə bir azarkeş olacağam”, – deyə Joao Pedro sosial mediada yazıb.

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti mayın 18-də 26 nəfərlik yekun heyəti açıqlayıb. Joao Pedro Premyer Liqanın son mövsümündə 15 qol vurmasına baxmayaraq, siyahıya daxil edilməyib.

Qeyd edək ki, heyətdə Neymar var. Ondan başqa hücum xəttində Vinisius Junior, Rafinya və Endrik də oynaya biləcəklər. Braziliya C qrupunda yer alır və burada Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaq.

Shares: