AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda 2-ci liqanın sonuncu – 27-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Kür-Araz” komandası 100 manat cərimə edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Kür-Araz” komandası 200 manat cərimə edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununun 90+2-ci dəqiqəsində “Kür-Araz” komandasının azarkeşləri meydançaya düşərək rəqib futbolçulara fiziki təzyiq göstərdiyinə görə “Kür-Araz” komandasının növbəti mövsümdə ilk 5 ev oyunu azarkeşsiz keçirilsin.
“Kür-Araz” – “Araz Saatlı” oyununda təhlükəsizlik tam təmin edilmədiyinə görə “Kür-Araz” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununun 90+1-ci dəqiqəsində “Araz Saatlı” komandası meydanı özbaşına tərk etdiyinə görə “Araz Saatlı” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib, “Araz Saatlı” komandası 2000 manat cərimə edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununun 90+1-ci dəqiqəsində “Kür-Araz” komandasının 3 nömrəli futbolçusu Eltun Həsənli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibə qeyri-etik jestlər etdiyinə görə bütün turnirlər daxil olmaqla 8 oyun cəza alıb, “Kür-Araz” komandası 1000 manat cərimə edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununun 90+1-ci dəqiqəsində “Kür-Araz” komandasının 4 nömrəli futbolçusu Nihat Paşayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəza alıb, “Kür-Araz” komandası 300 manat cərimə edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununun 90+1-ci dəqiqəsində “Kür-Araz” komandasının 5 nömrəli futbolçusu Nicat Quliyev rəqib futbolçuya zərbə endirdiyinə görə 5 oyun cəza alıb, “Kür-Araz” komandası 300 manat cərimə edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununun 90+1-ci dəqiqəsində “Kür-Araz” komandasının 20 nömrəli futbolçusu İbrahim Əliyev rəqib futbolçuya zərbə endirdiyinə görə 5 oyun cəza alıb, “Kür-Araz” komandası 300 manat cərimə edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununun 90+3-cü dəqiqəsində “Kür-Araz” komandasının 77 nömrəli futbolçusu Museyib Vəlizadə rəqib futbolçuya zərbə endirdiyinə görə 5 oyun cəza alıb, “Kür-Araz” komandası 300 manat cərimə edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununun 90+1-ci dəqiqəsində “Araz Saatlı” komandasının 4 nömrəli futbolçusu Ramiz Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün bütün turnirlər daxil olmaqla 8 oyun cəza alıb, “Araz Saatlı” komandası 450 manat cərimə edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununun 90+1-ci dəqiqəsində “Araz Saatlı” komandasının 3 nömrəli futbolçusu Rüstəm Rüstəmov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün bütün turnirlər daxil olmaqla 8 oyun cəza alıb, “Araz Saatlı” komandası 450 manat cərimə edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununun 90+2-ci dəqiqəsində “Araz Saatlı” komandasının təhlükəsizlik üzrə meneceri, cəzalı Xəyal Məmmədov meydançaya daxil olaraq rəqib futbolçulara qarşı fiziki güc tətbiq etdiyinə görə 8 oyun cəza alıb, “Araz Saatlı” komandası 800 manat cərimə edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilib.
“Şirvan” – “Qaradağ Lökbatan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilib.
“Şirvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şirvan” komandası 500 manat cərimə edilib.
“Quba” – “Dinamo” oyununda “Quba” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilib.
“Quba” – “Dinamo” oyununun 67-ci dəqiqəsində “Dinamo” komandasının 19 nömrəli futbolçusu Elvin Cahangirli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Dinamo” komandası 50 manat cərimə edilib.
“Şəmkir” – “Xankəndi” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Şəmkir” komandası 200 manat cərimə edilib.
“Şəmkir” – “Xankəndi” oyununun 49-cu dəqiqəsində “Xankəndi” komandasının 7 nömrəli futbolçusu Bəhruz Teymurov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Xankəndi” komandası 300 manat cərimə edilib.





