Albaniya çempionatında 2025/26 mövsümünün final mərhələsinin növbəti oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” bu dəfə “Vlajniya” ilə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.

Start heyətdə meydana çıxmış Əliyev 72-ci dəqiqədə əvəzlənib. O, 12-ci dəqiqədə sarı vərəqə də alıb.

“Eqnatiya” hazırda 34 xalla final mərhələsində mübarizə aparan dörd komanda arasında 1-ci pillədə qərarlaşıb.

Shares: