Andoni İraola “Liverpul”da tanış sima ilə işləyəcək. Tezliklə İngiltərə nəhənginin baş məşqçisi olacağı gözlənlən ispan mütəxəssis köməkçilərini seçərkən Tyaqo Alkantaranı da unutmayıb.
Futbolinfo.az xəbər verir ki, 33 yaşında karyerasını bitirən Tyaqo məşqçiliyə başlayıb. 4 il “Liverpul” forması geymiş Alkantara “Barselona”da işləyirdi. Lakin o, artıq buradan ayrılıb və “Bornmut”dan istefa verən İraolanın komandasına qoşulmağa razılaşıb.
İraolanın təyinatı tezliklə rəsmiləşəcək. O, istefaya göndərilən Arne Slotu əvəzləyəcək.






