Futbol üzrə dünya çempionatında daha bir qrupda 2-ci tura yekun vurulub. F qrupunda Tunis Yaponiya ilə qarşılaşıb.
Monterrey stadionunda keçirilən matçda asiyalılar 4:0 hesablı qələbəyə seviniblər. Qolları Daiti Kamada (4), Ayase Ueda (31; 83) və Cunya İto (69) vurublar.
Qeyd edək ki, bu qrupun digər oyununda Niderland İsveçə 5:1 hesabı ilə qalib gəlib. Son tur ərəfəsində Tunisin qrupdan çıxa bilməyəcəyi, Niderlandın isə növbəti mərhələyə adlayacağı dəqiqləşib.







