Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu milli komandanın 2026-cı il dünya çempionatındakı uğursuz çıxışından sonra fikirlərini bölüşüb.

Xatırladaq ki, Türkiyə millisi turnirin ilk iki oyununda Avstraliya (0:2) və Paraqvaya (0:1) məğlub olaraq pley-offa yüksəlmək şanslarını vaxtından əvvəl itirib.

“Ürəyindəkiləri açıq şəkildə deyə bilməyənlər adətən öz fikirlərini sətiraltı mesajlarla çatdırır və eyhamlarla danışırlar. Arxalarında öz keçmişi olan və onu kürəyində daşıyan insanlar bu ağırlığın altında əzilirlər. Həqiqətən nə düşündüklərini deməyə cəsarətləri çatmadığı üçün fərqli şəkildə cavab verirlər. Biz isə ürəyimizdə nə varsa, onu deməyə davam edəcəyik.

Mənim 60 yaşım var. Məndən Türkiyə futbolunun son 40 ilinin istənilən məqamı barədə soruşun. Hansı gün, hansı saatda kimin əlinin kimin cibində olduğunu sizə deyərdim. Bu, hətta milli komandaya da aiddir. İnsanlar soruşur: “Federasiya prezidenti belə danışa bilərmi?” Bəli, bilər. Buna alışmalı olacaqsınız. Mən ürəyi ilə dili bir olan insanam. Ürəyimdə nə varsa, dilimdə də odur. Çünki mənim arxamda heç bir sirli keçmiş yoxdur”, — deyə “Futbol Arena”ya açıqlamasında Hacıosmanoğlu bildirib.

3e3567ed 6faa 4851 be14 4e06bb771be3 - Futbolinfo.az
Shares: