Futbol üzrə dünya çempionatında sürpriz nəticələr sıralanır. Bu baxımdan dünən baş tutan Uruqvay – Kabo Verde matçı xüsusilə seçilir.
Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında qalib müəyyənləşməyib. Debütant hesabı açandan sonra iki top buraxsa da, yekunda növbəti heç-heçəyə nail olub. Cənubi amerikalılar qələbəni əldən verməklə işini çətinə salıb. Son turda İspaniya ilə qarşılaşacaq Uruqvay qrupda qala bilər. Belədə Kabo Verde və Səudyyə Ərəbistanından biri sürprizə imza atacaq.

Digər matçda isə Misir önəli qələbə qazanıb. Yeni Zelandiya ilə matçda 3:1 hesabı ilə üstün olan afrikalılar 92 ildir qatıldığı mundialda ilk dəfə zəfər görüb.
Hesabı Yeni Zelandiya yığmasından Finn Serman (15) açıb. İkinci hissədə geridönüş edən misirlilər Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqenin (83) qolları ilə 3 xalı qazanıblar.
G qrupunda liderliyi ələ alan Misir son turda İranla görüşdə uduzacağı halda da pley-offa yüksələ bilər. Belçika isə mütləq qələbə qazanmalıdır.







