ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. Yarışda növbəti sürpriz reallaşıb.

G qrupunda Belçika İranla heç-heçə edib. Bu, hər iki komandanın ardıcıl ikinci bərabərliyi olduğundan gecə baş tutacaq Yeni Zelandiya – Misir görüşünün qalibi lider olacaq. Əks halda hər şeyə son turda aydınlıq gələcək.

Avropalılar qarşılaşmanı 10 nəfərlə başa vurublar. Natan Nqoy 66-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Shares: