“Qarabağ” kapitanı Bədavi Hüseynovla müqavilə müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalanıb. Razılaşmaya əsasən, Hüseynov 2027-ci ilin yayına qədər “Qarabağ”ın uğurları üçün mübarizə aparacaq.

2012-ci ildən “Qarabağ”ın formasını geyinən 35 yaşlı futbolçu Premyer Liqada 267 oyunda 5 qol vurub. O, “Qarabağ”la 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Bədavi millidə 82 matçda 1 qol vurub.

Shares: