“Arsenal”ın yeni hədəfi bəlli olub. Londonlular Bredli Barkolanı heyətinə qatmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, Fransa millisinn sol cinah oyunçusu PSJ-də əsas heyətə düşməkdə çətinlik çəkir. Məhz bu səbəbdən İngiltərə klubu durumundan narazı olan oyunçunu transfer etməyə çalışır. Klub keçid üçün 80 milyon avronu gözdən çıxarıb.

23 yaşlı Toqo əsilli fransalının Paris klubu ilə 2028-ci ilin yayınadək müqaviləsi var. O, 3 il öncə Lion “Olimpik”indən 45 milyon avroya alınıb.

Məsələyə dünya çempionatı başa çatdıqdan sonra nöqtə qoyulacağı gözlənilir.

Shares: