“İmişli”də yeni məşqçi təyinatları reallaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Vüqar Əsgərli klubun U-19 komandasının baş məşqçisi vəzifəsinə təyin olunub. UEFA Pro lisenziyasına malik olan Əsgərli Azərbaycan futbolunda həm peşəkar futbolçu, həm də məşqçi kimi uzun illər fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə “Qarabağ” FK-nın U-15, U-17 və U-19 komandalarına rəhbərlik edib, eləcə də “Şamaxı”nın baş məşqçisi kimi çalışıb.
Ruhid Usubov klubun əvəzedici komandasının baş məşqçisi olub.
Rövşən Babayev isə klubun Gənclərin İnkişaf Proqramının rəhbəri vəzifəsini icra edəcək. O, karyerası ərzində “Sabah”, “Simurq”, “İnter”, “Sumqayıt”, “Xəzər” kimi klublarda çalışıb.






