Futbol üzrə dünya çempionatında Belçika və İran yığmaları arasında keçirilən G qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, asiyalıların heyətində qapıçı Əlirza Beyranvand oyunun ən yaxşısı adına layiq görülüb.
Qolkiper görüş ərzində komandasını bir neçə dəfə real qol vəziyyətindən xilas edib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.






