“Sabah” basketbol klubu Andrey Voynaloviçlə yolları ayırıb. Bu barədə klubun mətbuat xidmətindən bildirilib.
26 yaşlı basketbolçu ilə müddəti başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Ukrayna millisinin hücumçusu 2024-cü ildən paytaxt təmsilçisinin formasını geyinirdi.






