Ukraynanın “Polessye” klubunun Leandro Andradenin transferi üçün “Qarabağ”a ödəyəcəyi məbləğ müəyyənləşib.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi bu keçid müqabilində 4 milyon avrodan yüksək qazanc əldə edəcək. Əvvəlcə tərəflərin 2,5 və ya 3 milyonluq avroda ortaq məxrəcə gəldiyi bildirilirdi. Lakin ukraynalı futbol jurnalisti İqor Burbas ağdamlıların 5 milyon avroya qədər gəlir götürəcəyini iddia edib.
26 yaşlı oyunçunun transfer dəyəri 3 milyon avro olaraq göstərilsə də, “Qarabağ” bu məbləğə razılaşmadığından, Ukrayna klubu daha yüksək pul təklif edib. Bu da ağdamlıları qane edib. Xırda detallar da razılaşdırıldıqdan sonra transfer rəsmən açıqlanacaq.
Qeyd edək ki, Leandro Andrade 2022-ci ildən “Qarabağ”ın formasını geyinir.






