Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub. Təcrübəli hücumçu yığmanın tarixində qol vuran ən yaşlı futbolçu adına sahib çıxıb.

O, DÇ-2026-nın qrup mərhələsinin II turunda, Yeni Zelandiya ilə matçda 34 yaş 6 günlüyündə qapıya yol tapmaqla Maqdi Abdelqaninin rekordunu geridə qoyub.

Qeyd edək ki, Abdelqani 1990-cı ildə keçirilən Niderland ilə matçda qol vurarkən 30 yaş 320 günlük idi.

Shares: