“Qarabağ” müdafiənin mərkəzinə yeni transferə hazırlaşır. Kevin Medina ilə vidalaşan ağdamlılar kolumbiyalının yerini məhz həmyerlisi ilə doldurur.

Futbolinfo.az xəbər verir ki, Fransanın II Liqa təmsilçisi “Bastia” klubunda çıxış edən kolumbiyalı müdafiəçi Xuan Xose Qevara “Qarabağ”la razılıq əldə edib. Klublar arasında da anlaşma əldə olunub və ağdamlılar tezliklə transferi rəsmən elan edəcək.

Polşanın “Rakuv” klubunun da yaxından maraqlandığı 24 yaşlı futbolçu “Bastia”da 31 oyunda forma geyinib, bir qol vurub və bir assist edib.

“Bastia” bu oyunçunu 2024-cü ildə “Fortaleza”dan icarəyə götürüb. Oyunçu bu yay geri qayıtsa da, fransızlar müqaviləyə salınan 300 min avroluq satınalma bəndindən istifadə edib. “Qarabağ”ın keçid üçün nə qədər ödəyəcəyi dəqiqləşməyib.

Shares: