İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç 2026-cı il dünya çempionatının qrup mərhələsi çərçivəsində keçirilən Belçika – İran (0:0) matçı zamanı yuxuya getdiyini bildirib.
“İlk hissədə az qala yuxuya gedəcəkdim. Oyunun ikinci hissəsində isə həqiqətən də yatdım. Bu matç barədə deməyə başqa bir şey yoxdur”, — deyə İbrahimoviç “Fox” telekanalının efirində bildirib.
Qrup mərhələsinin sonuncu turunda İran Misirlə, Belçika isə Yeni Zelandiya ilə qarşılaşacaq. Matçlar iyunun 27-nə keçən gecə baş tutacaq.






