İvan Perişiç Xorvatiya millisinin tarixində dünya çempionatlarında ən çox qol vurmuş futbolçu olub.
Təcrübəli yarımmüdafiəçi bunu DÇ-2026-nın 1/16 final mərhələsində Portuqaliyaya uduzduqları matçda (1:2) fərqlənməklə bacarıb. Beləliklə, oyunçu mundiallarda 7-ci qoluna imza ataraq Davor Şukeri (6 qol) geridə qoyub.
Perişiç DÇ-2014-də iki, DÇ-2018-də üç, DÇ-2022-də bir dəfə rəqib qapılarına yol tapıb.
