Futbol üzrə dünya çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, bu gecə mundialın 1/4 final mərhələsinə yekun vurulacaq.

Sonuncu yarımfinalçılar Norveç – İngiltərə və Argentina – İsveçrə matçlarında müəyyənləşəcək. Bu görüşlərə müvafiq olaraq gecə saat 01:00-da və 05:00-da start veriləcək. Qaliblər yarımfinalda üz-üzə gələcək.

Digər yarımfinal görüşündə isə İspaniya Fransa ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

DÇ-2026
1/4 final

12 iyul

01:00. Norveç – İngiltərə
05:00. Argentina – İsveçrə

Shares: