FIFA meşə yanğınları səbəbindən Nyu-York və Nyu-Cersi ətrafında yaranan tüstüyə baxmayaraq, DÇ-2026-nln final oyununu təxirə salmaq niyyətində deyil. Daha əvvəl İspaniya və Argentina milliləri arasında keçiriləcək final matçının başqa vaxta keçirilməsinin mümkün olduğu bildirilsə də, FIFA-nın mövqeyi dəyişməz olaraq qalır.
Turnir iştirakçılarının sağlamlığı üçün təhlükə yaranacağı təqdirdə təsdiqlənmiş xüsusi protokollar qüvvəyə minəcək. Həmin qaydalar vəziyyəti operativ qiymətləndirməyə və zərurət yaranarsa, oyunların keçirilmə formatına düzəliş etməyə imkan verir.
Qarşılaşma iyulun 19-u ABŞ-ın Nyu-Cersi ştatında yerləşən stadionda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
